Emindən Leyla Əliyevaya təşəkkür – “Qeyri-adi qadınsan”

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə xalq artisti Emin Ağalarov oğulları Əli və Mikayılın doğum gününü qeyd ediblər.

Dergi.az xəbər verir ki, onlar əkizlərinin 10 illik yubilyeni keçiriblər. Emin yubileydən foto paylaşaraq Leyla Əliyevaya təşəkkürünü bildirib:

“Uşaqlar, ilk yubileyiniz mübarək! Sizin artıq 10 yaşınız oldu. Xoşbəxt və sağlam böyüyün! Leyla, mən sənə füsunkarlığına, sənin hamıya hər zaman dəstəyinə, anlayışına və münasibətinə görə təşəkkür etmək istəyirəm. Sən qeyri-adi qadınsan və mən sənə hər şeyə görə  sonsuz dərəcədə minnətdaram”