Fransanı “Eurovision”da transseksual təmsil edəcək – Video

Ötən gün Fransanı “Eurovision 2019” yarışmasında təmsil edəcək ifaçının adı açıqlanıb.

Dərgi.az xəbər verir ki, finalda 7 ifaçı ilə yarışıb qalib olan isə mərakeşli transseksual müğənni Bilal Hassani olub.

20 yaşlı ifaçı “Youtube” videoları ilə məşhurlaşıb.

Qeyd edək ki, müğənni sosial mediada tez-tez tənqid və təhqir olunur.

“Eurovision 2019” İsraildə, Təl-Əviv şəhərində keçiriləcək.