Maqazin

“Gərginlik, stress, səsimdə olan problem…” – Çingizdən açıqlama

Müğənni Çingiz Mustafayev “Eurovision”dan sonra təəssüratlarını bölüşüb.

Dergi.az xəbər verir ki, Çingizin videosunu müğənni Murad Aruf sosial şəbəkədə yayıb. Ölkəmizi bu il müsabiqədə təmsil edən və yeddinci olan ifaçı səhnədə gərgin və stressli olduğunu bildirib:

” “İnstagram”da yazırlar ki, sən bizim üçün birincisən. Sizləri sevirəm. Əlimdən nə gəldisə, etdim. Nə edə bilərdiksə, hamısını etdik. Gərginlik, stress yaşadım, səsimdə problem oldu, amma oxudum. Kifayət qədər yaxşı oxudum”.