Gülben Ergen üçüncü dəfə ərə gedir?

Türkiyənin məşhur müğənnisi Gülbən Ergen yenidən şəxsi həyatı ilə gündəmdədir.

Dergi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni məşhur türkiyəli bəstəkar Emre Irmak ilə sevgilidir. Hətta müğənni ilə bəstəkarın evlənəcəyi barədə xəbərlər də yayılıb.

Şəxsi həyatı ilə tez- tez gündəmə gələn Gülben Ergen ötən ilin sentyabr ayında sevgilisi Burak Törerdən ayrılmışdı.

Qeyd edek ki, Emre Irmak Sezen Aksu, Ajda Pekan, Şehrazat, Mustafa Sandal kimi məşhur sənətçilərin səsləndirdiyi bir çox mahnının bəstəkarıdır.