Maqazin

Günay Musayevanın keçmiş qayınatasından yeni iddialar: “40 milyard ödədik, indi isə…”

Aktyor Tolqa Karelin atası Tufar Karel keçmiş gəlini, model Günay Musayevanın iddialarına münasibət bildirib.

Dergi.az  xəbər verir ki, “İkinci sayfa” verilişinə zəng edən Karel oğlunun Cihangiri görməyə getdiyini, lakin mühafizəçilər və sürücü tərəfindən döyüldüyünü bildirib.

Tufan Karel boşanma qarşılığında Günay Musayevaya 40 milyard lirə təzminat ödəndiyini və alimenti həyat yoldaşı ilə birlikdə 3 aydan bir tam olaraq ödədiyini açıqlayıb: “Biz bu günə qədər uşaq kiçik olduğu üçün danışmırdıq. Tolqa uşağını dəli kimi sevir. Ancaq nə zaman görməyə getsə, Tolgaya tələ qurulub. Kağıthanedə yerləşən polis  bölməsində oğluma hücum olunması barədə sənədlər var. Boşanmadan sonra 2015-ci ildə biz Günaya 40 milyard ödədik. İndi məhkəməyə müraciət edib. 50 min lirə nağd və 5 min lirə aliment tələb edir. Tolqa ABŞ-da iş qurdu, alınmadı. TIR sürərək alın təri ilə ailəsini dolandırır. 20 saat maşın sürür”.

O, aparıcı Gülşen Yüksel Tuza ödəniş qəbzlərini göndərib. Aparıcı qəbzlərin şəklinə baxaraq alimentin ödəndiyini təsdiq edib.

Aktyorun atası bəzi qaranlıq məqamlara da aydınlıq gətirməyə çalışıb: “Nəvəmizi görmək üçün bir neçə dəfə zəng etdik, Günay uşağı bizə göstərmədi. Dedi ki, efirdən görərsiniz. Arvadım xəstələndi, çünki nəvəsini görə bilmirdi. Əgər uşağı görmək istəsək, bizi parçalayar. Hansı ana oğlunun atasına belə bir zərər verə bilər? 74 yaşım var. Ramazan ayında yalan danışsam, Allah cəzamı verər. Sonuncu dəfə nəvəmizi 2 yaşında olanda gördük. Ondan bəri görmürük”.