Günay seriala çəkiləcək

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ötən gün oğlu Cihangirlə birgə alış-veriş mərkəzlərindən birində görüntülənib.

Dergi.az “Milliyet”ə istinadən xəbər verir ki, model oğlu ilə alış-veriş edib. Eyni zamanda jurnalistlərin suallarını cavablandıran Günay yaxın günlərdə Amerikaya gedəcəyini bildirib:

“Gələn həftə Nyu-York moda həftəsi üçün Amerikaya gedəcəm. Bundan başqa serial dərsləri alıram. Sürpriz bir layihə ilə qarşınıza çıxa bilərəm”.