İdman

“Hələ də futbola nələrsə qata bilərəm” – Ronaldo

UEFA Millətlər Liqasının final matçında Hollandiya yığması ilə qarşılaşacaq Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo açıqlama verib.

Goal.az xəbər verir ki, Juventus-un forvardı, final matçı ilə bağlı bunları deyib: “Milli komandada olmaq, bu formanı geyinmək mənim üçün böyük şərəf və qürurdur. Bu, klub matçları ilə müqayisədə olduqca fərqli bir hissdir. Belə bir turnirdə mübarizə aparmaq bizim üçün böyük təcrübədir.

Hollandiya millisi gənc və daha təcrübəli komandadır. Onların son matçlarını izlədim, çox yaxşı oyun göstərirlər. Bilirik ki, hollandlar güclü rəqibdir. Ümid edirəm ki, kuboku qazana bilərik”.

Hücumçu, fiziki hazırlığı ilə bağlı da danışıb: “Hər zaman hazırlıqlı olmaq mənim iş əxlaqımdır. 34 yaşım olsa da, özümü daha yaxşı hiss edirəm. Vacib olan hiss ediləndir. Düşünürəm ki, hələ də futbola nələrsə qata bilərəm”.

bayanwww.antalyaescortu.com