Hadisə Orhan Ölmezi Güneldən qısqanıb?

“O səs Türkiyə” yarışmasından sonra yaradıcılığına fasilə verən müğənni Hadisə yenidən şəxsi həyatı ilə gündəmdədir.

Dərgi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə həmkarı Orhan Ölmezin ”Səni çox sevəcəyəm” mahnısını ifa edərək, sosial şəbəkədə videosunu paylaşıb. Hadisənin ifasını öz səhifəsində paylaşan Orhanın ürək işarəsi qoyması dedi-qoduları artırıb.

Türkiyə mediası iki məşhurun sevgili olması barədə xəbərlər yayıb. Qeyd edək ki, ötən il isə Orhan Ölmez ilə Azəri qızı Günelin sevgili olması haqqında xəbər yayılmışdı. Bir neçə gün öncə ifa etdikləri dueti təqdim edən ikilinin sevgililik xəbəri yenidən gündəmə gəlmişdi. Hətta, Hadisənin Günellə Orhanın haqqında yayılan xəbərləri qısqanaraq belə bir addım atdığı iddia edilir.