“Hamıya qanuni nikahdan övlad arzulayıram”- Damla və Şəbnəm arasında qalmaqal

Uzun müddətdir araları soyuq olan müğənni Damla və Şəbnəm Tovuzlunun münasibətləri daha da gərginləşib.

Open.az xəbər verir ki, Şəbnəm Tovuzlu öz “İnstagram” hesabında paylaşdığı fotoyla şou-nümayəndələrinə söz atıb:

“Gündüz başı şöhrətə qarışıb, gözü ətrafı görməyənlər, gecələr yalnızlıqdan gözyaşı tökənlər. Fikir verməyin, həyatdır, hər kəs ağıllı ola bilməz”.

Şəbnəmin bu qalmaqallı atmacasından iki saat sonra isə Damla övladının fotosunu paylaşaraq, sanki həmkarına cavab göndərib: “Allah bütün qadınlara halal kəbindən və qanuni nikahdan atasının soyadını daşıyan övladlar nəsib etsin”.

Bu söz-söhbətlər haqda Şəbnəm Tovuzlu Open.az-a danışıb:

“Yiyəsi sözünü götürər. Sözlərimin arxasındayam. Bəli, bu sahədə gündüz başı şöhrətə qarışanlar, gecə gözyaşları içində başqasının ailəsinə həsədlə baxırlar. Ola bilər Damla xanım foto paylaşıb. Nə məqsədlə paylaşıb bilmirəm. Damla da oğlunun atasından ayrılıb, bilirəm. Mən də boşanmışam və evdə qızım üçün atadan artıq olan insan da var, başımızın tacıdır. Qızıma övladı kimi baxan bir adamdır. Oğlum Əlinin atasıyla rəsmi nikah da var, kəbin də var. Lazım olsa sübut da edərəm. Mənim evləndiyim şəxs, ailəsindən boşanan adamdır. Niyə nikaha girməyim? Damla mən paylaşandan bir-iki saat sonra elə paylaşım edibsə, demək sözü özünə götürüb. Yəni sözü yiyəsi götürər. Damla xanım onsuzda hər gün ağlayır. Kədərli insandır. Bu sənətdə özümə tay görmürəm, öz izləyicilərim, öz kütləm var”.

Qeyd edək ki, məşhurlar sosial şəbəkədə bir-birini izləmir.

Bir cavab yazın