“Heç bir kişinin sevgilisi olmaram” – Afaq

ATV-nin aparıcısı Afaq Gəncəli çəkildiyi filmin imza gününə qatılıb. Son vaxtlar özünü həm də aktrisa kimi sınayan aparıcı şəxsi həyatından danışıb. 

Dərgi.az-ın məlumatına görə, Yenicag.az-a açıqlama verən Afaq hələ qəlbini fəth edən insanın olmadığını bildirib:

“Hələ ki, qəlbimi fəth edən biri yoxdur. Olsa, nə xoş mənə. Onu da deyim ki, heç bir kişinin sevgilisi olmaram, yalnız sevdiyi qadın ola bilərəm”.

Afaq yarızarafat-yarıgerçək “Kim deyir ki, yoxdu?” deyərək fikrini belə tamamlayıb:

“Yəni kiminsə həyatında ikinci olmaram, yalnız birinci ola bilərəm. Kiminsə sevgilisi olan qadınlara da münasibətim normaldır, şəxsi işləridir, özləri bilər. Hər kəsə hörmətlə yanaşıram”.

Dərgi.az

Bir cavab yazın