Dünya

Himalayda 8 alpinist yoxa çıxıb

Himalayda yeddisi əcnəbi ölkə vətəndaşı olmaqla 8 alpinist yoxa çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, alpinistlər 7434 metr hündürlükdəki Nanda Devi zirvəsinə çıxmaq istəyiblər.

Yeddi əcnəbi alpinist Böyük Britaniya, ABŞ və Avstraliya vətəndaşı olub. Onlar zirvəyə dırmaşmaq üçün başlanğıc nöqtə olan Munsiyari kəndindən mayın 13-də çıxıblar.