Hüseyn maşından əlini çəkib? – Video

Məşhur vayner Hüseyn Əzizoğlunun “Maşın” şoudan  avtomobildən əlini çəkməsi haqqında video görüntülər yayılıb.

Dərgi.az xəbər verir ki, vaynerin bu addımı barədə şounun bugünkü proqramında aydınlıq gətirib. Əzizoğlunu yanına çağıran aparıcı Murad Dadaşov yayılan görüntüləri efirə verib və iştirakçıları diqqətli olmağa çağırıb. Daha sonra digər kameralarda lentə alınan görüntülər yayımlanıb. Məlum olub ki, Hüseynin digər əli avtomobilin üzərində olub.

“Mənim oyuna gələndə bir məqsədim vardı, avtomobili udmaq. Sonra iki məqsədim oldu. Biri də İlhamə Bədəlovanı çıxarmaq. Birini həll etdim. İkincisi qalıb”-, deyə Əzizoğlu hisslərini bölüşüb.