EKSKLÜZİV

İlhamə Quliyeva vaxtı ilə hansı jurnalistə maşın alıb? – Ətraflı

Mərhum xalq artisti İlhamə Quliyeva haqqında maraqlı məlumat yayılıb. 

Dərgi.Az xəbər verir ki, xalq artistinin varlıqlı olması heç kimə sirr deyil. Hətta dünyasını dəyişdikdən sonra mülkləri üstündə uzun müddət qalmaqallar, söz-söhbətlər davam etdi.

Əldə etdiyimiz məlumatda isə İ.Quliyeva haqqında daha bir maraqlı hadisədən bəhs edilir. Belə ki, məlumata görə, xalq artisti şou-biznes jurnalisti olan gənc oğlana ciddi məbləğdə yardım edib.

Jurnalist avtomobil almaq istəyən zaman İ.Quliyeva ona 10 min manata yaxın pul verib. Bu pulun hesabına jurnalist (etik olmadığı üçün adı gizli saxlanılır) özünə avtomobil alıb.

Dərgi.Az