EKSKLÜZİV

İlkin Həsəni ilə Kənan MM arasında söyüşlü dava – FOTOLAR

“Facebook” sosial şəbəkəsində yazılan status tərəfləri bir-birinə düşürüb.

Dərgi.az xəbər verir ki, məşhur aparıcı İlkin Həsəni ilə rejissor Kənan Mahmudovun ortaq dostu olan Xətai adlı şəxs öz profilində, “Şükür Allaha, Kənan MM bu il də uğurlarını Türkiyədə davam etdirəcək. Bizi burada heç bir təhlükə gözləmir” deyə məzəli status yazıb.

Rejissor və hazırda Türkiyədə “Savaşçı” teleserialında rol alan Kənan MM ona cavabında, “Sizi “Fəlakət”lər, “Bozbaşlar” gözləyir, hələ günləriniz qabaqdadır” yazıb. Bu zaman Xətai Kənana onların ilk və ən uğursuz filmini ( “Ay Brilliant”) onun çəkdiyini xatırladıb.

İlkin Həsəni bu yazışmanın fotosunu öz hesabında paylaşaraq, “Bayaq Xətai status yazıb. Bir də gördüm ki, 2014-də ilk filmimizin içinə şey eliyən, nədi onun adı, öz imzasını atan Kənan belə bir şərh yazıb. İstədim şapalaq təsirli bir cavab yazım, baxdım gördüm Xətai məni qabaqlayıb. Kənan yaxşı oğlandır, inşallah tezliklə yaxşı rejissor da olar”.

Bu paylaşım məsələni daha da qabardıb. Kənan Mahmudov söyüşlə ona cavab verib. İlkin Həsəni onun söyüşünü silməli olub. Kənan MM daha sonra öz profilində, “Parabeyin insanlarla işiniz olmasın!” deyə paylaşım edib.

Dərgi.az