Maqazin

“Instagram”dan azərbaycanlı məşhurlara zərbə: Röya və Şəbnəm 100 min itirdi

Ötən gecə “Instagram” hesablarında dəyişiklik olunub.

Mark Zukerberqin komandası sosial hesablara yenidən “əl gəzdirib”.

Belə ki, aktiv olmayan hesablar silinib. Bu da öz növbəsində məşhurların İnstaqram hesablarında azalmalara səbəb olub.

Ən çox itki əməkdar artist Röya Ayxan və Şəbnəm Tovuzluda olub. Onlar 100 minə yaxın izləyicisini itirib.

Xalq artisti Aygün Kazımova 9 min izləyicisini itirərkən, müğənni Elvin Abdullayevin itkisi isə 10 min nəfər olub.
Təranə Qumral və Musa Musayev cütlüyü də İnstaqramın “zərbəsi”nə tuş gələnlərdəndir. Onlar ötən gecə 8 min izləyicisini itirib.
8 min izləyicisini itirən digər məşhur isə müğənni Üzeyir Mehdizadədir.
Aparıcı Murad Əzimzadənin itirdiyi izləyici sayı 1300 nəfərdir.
Müğənni Nura Surinin isə 5 min izləyicisi yoxa çıxıb.
Modelyer Elnarə Bəkirova 4 min izləyici itkisi ilə qarşılaşıb.
Rəqqasə Oksana Rəsulovanı tərk edənlərin sayı isə 11 min nəfərdir.
Müğənni Səidə Sultanın 419 min izləyicisindən 413 mini qalıb.
Aparıcı Zaur Kamalın itki sayı isə 13 min izləyicidir.
Müğənni Zamiq Hüseynovun da səhifəsi İnstaqramın yeni qaydasından yan keçə bilməyib. Belə ki, ifaçının izləyici sayı 196 mindən 193 minə düşüb.
Aparıcı Aytəkin Mərdanova isə 4 min izləyici itirib. Onun 234 min nəfərlik profili 230 minə düşüb. (Axşam.az)