Dünya

Kerimcan Durmaz Bakıya gələcək

Türkiyənin məşhur DJ-i Kerimcan Durmaz uzun fasilədən sonra Bakıda şou proqramı ilə çıxış edəcək.

Primetime.az xəbər verir ki, Kerimcan Durmaz eksklüziv şousunu aprelin 19-da Bakının məşhur məkanlarından birində nümayiş etdirəcək. O, Bakımıza ukraynalı rəqqaslar ilə birgə gələcək.

 Kerimcan Durmaz Azərbaycandakı sevənləri üçün möhtəşəm şou hazırladığını da bildirib:

“Sevimli Bakı, möhtəşəm şouya hazır ol. Gözləyin məni əziz Azərbaycandakı sevənlərim. Gözləməyinizə dəyəcək. Buna söz verirəm”.