Son Xəbər

Kikboksinq Federasiyasının vitse-prezidenti 10 milyonluq dələduzluğa görə nəzarətə alınıb

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Aydın Əhmədov 10 milyon AZN dəyərində dələduzluqda ittiham edilir.

O, bir neçə gündür Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarətə götürülüb.

Əldə olunan məlumata əsasən A.Əhmədov sözügedən məbləği bir neçə insandan alıb və qaytarmayıb. Buna görə də ona pul verən şəxslər haqqında şikayət ediblər. Bu səbəbdən araşdırmalar aparılıb və nəticədə A.Əhmədov gözaltına alınıb.

Məsələ ilə bağlı aidiyatı qurumlarla əlaqə saxlamağa çalışsaq da cəhdimiz boşa çıxdı.

Faktla bağlı araşdırmalar davam edir.

Xatırladaq ki, Aydın Əhmədov həmçinin Suraxı r-nu YAP Gənclər Təşkilatının da sədridir.

Mənbə: News24