Mədəniyyət

Könül Xasıyeva ölən atasından danışdı: “Elə bilirəm geri qayıdacaq”

Xəbər verdiyimiz kimi, xalq artisti Könül Xasıyeva “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, xanəndə atasının altı aydır xəstə olduğunu bildirib:

“Altı aydır Şəkidəyəm. Atamın nasaz vaxtları idi. Dedi ki, elə istərdim ki, evimizi təmir etdirəm. Birinci atamın otağını təmir etdirdim. Tam hazır vəziyyətini görə bilmədi. Son nəfəsində yanında oldum. Saat birin yarısı idi, əli ilə mənə saatın iki olduğunu göstərdi.

Elə həmin saatda da dünyasını dəyişdi. Oradan da mənə məlum oldu ki, ölümqabağı insana nələrsə deyilirmiş. Bir gün gələn, bir gün gedər.

Amma insan qəbul edə bilmir. 51 yaşım var, amma yenə də elə bilirəm ki, atam geri qayıdacaq. Anamın yaddaşı yerində deyil. Hərdən soruşur ki, atanız haradadır? Deyirik ki, qonşudadır, gələcək. Sonra yaddaşı yerinə qayıdanda bilir ki, atam rəhmətə gedib. Ağlamağa başlayır”.

bayanwww.antalyaescortu.com