Maqazin

Leylanın məşhurların toplaşdığı toyundan eksklüziv – Fotolar

Müğənni Leyla Ramazanlının toyu olub.

Dergi.az xəbər verir ki, ifaçı özünün şəxsi biznesi olan Kamran adlı fotoqrafla ailə qurub. Şəhər otellərinin birində keçirilən məclisə şou-biznesin tanınmış simaları qatılıb. İfaları ilə qonaqlara xoş anlar yaşadan məşhurlar rəqsləri ilə də diqqət çəkiblər.

Leyla duyğularını musavat.com ilə bölüşüb: “Hər gənc qızın arzusu ailə qurub, ana olmaqdır. Mən də sevib-seçdiyim şəxslə ailə qurdum. Sevincliyəm, özümü xoşbəxt hiss edirəm. İnanıram ki, xoşbəxtliyim ömürboyu olacaq”.