Layihə

Mələk yenə işsiz qaldı

Aparıcı Mələk Heydərova yenə də işdən çıxıb. 

Axşam.az-ın məlumatına görə, o, “Space” kanalındakı verilişdən uzaqlaşıb. Mələyin aparıcısı olduğu “Hər səhər” proqramını artıq Günel Həsənzadə tək aparır.

Mələk əməkdaşımızla söhbətində bildirib ki, öz istəyi ilə işdən gedib. Buna səbəb isə onun əməliyyat olunmasıdır.

Qeyd edək ki, Mələk uzun müddət işsiz qaldıqdan sonra ötən il “Space”də çalışmağa başlamışdı. O, əvvəl ATV-də çalışırdı. Geyimlərinə görə aparıcı kanaldan uzaqlaşdırılmışdı.