Siyasət

Məmmədyarov erməni jurnalistə əsəbiləşdi: “Yarım saatdır sizə başa salıram…” – VİDEO

Xarici İşlər naziri Elmar Məmmədyarov erməni jurnalistin sualını cavablandırıb.

Dergi.az xəbər verir ki, Azərbaycanın XİN başçısı Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda erməni jurnalistin təxribat xarakterli sualına əsəbiləşib.

Belə ki, jurnalist nazirdən Ermənistanın baş naziri Nikol Paşinyanın Qondarma Dağlıq Qarabağ xalqı tərəfindən seçilmədiyi üçün onları təmsil edə bilməməsi haqda soruşub.

Məmmədyarov isə “Bunu sizə yarım saatdır başa salıram… Bunların hamısı öz konstitusiyanızı bilməməkdən irəli gəlir. Sizə 1990-cı ildən qüvvəyə minən konstitusiyanı oxumağı tövsiyə edirəm” cavabını verib.

Daha sonra E.Məmmədyarov sözügedən jurnalistin sualından yayınaraq, üzünü onun digər həmkarına çevirib.

Dergi.az