Lent

Məşhur aktyorun bileti alınsa da, Bakıya gəlmədi

Bu gün “CinemaPlus” kinoteatrında “Çat Kapı aşk” filminin mətbuat konfransı keçirilib.

Dergi.az  xəbər verir ki, filmin baş rol ifaçıları, Türkiyənin məşhur aktrisaları Nergis Kumbasar, Müge Boz gəlsə də, aktyor Jess Molho gəlməyib.

Bildirilib ki, aktyorun bileti alınsa da, İtaliya vətəndaşı olduğu üçün viza problemi çıxıb və Bakıya gələ bilməyib.

Qeyd edək ki, Jess Azərbaycan tamaşaçısına “Sihirli annem” serialından tanışdır.