Müsahibə

Məşhur “Issız adam”: “Azərbaycandan iş təklifi gəlsə…” – VİDEO

“Issız adam” filmi ilə ulduzu parlayan aktyor Cemal Hünal musavat.com saytının suallarına cavab verib.

Son olaraq “Diriliş Ertuğrul” serialında rol alan aktyor ekran işi haqqında düşüncələrini bölüşüb: “Diriliş Ertuğrul” serialı rol almaq istədiyim ekran işi idi. Sevərək oynadım,  hər aktyora oynamaq nəsib olmayacaq xarakteri canlandırmaq şansım oldu. Sevdiyim dostlarımla sevərək oynadım, peşəkar prodüser və rejissorla çalışdım. Mənim üçün gözəl təcrübə idi”.

Ä°lgili resim

– Yeni mövsümdə tamaşaçılar sizi yeni serial və ya filmdə görəcəklərmi?

– Bu mövsüm teatrda çalışıram. Başqa iş görməyi düşünmürəm. Gələn mövsüm yeni işlərdə məni görəcəksiniz. Amma nə olacağını deməyəcəyəm. Çünki arada çox zaman var.

– İki-üç il ard-arda komediya serial və filmləri üstünlük təşkil etdi. Bu isə bir çox sənət insanının narazılığına səbəb oldu. Lakin son illər daha çox tarixi, dram və gerçək hekayətlər ön plana çıxıb.

Cemal Hünal ile ilgili görsel sonucu

– Bizim sahə hər zaman dəyişkən olub. Hər tərzin – qorxu, komediya, dram, tarixi filmlərin öz tamaşaçısı var. Hər sezona uyğun biz də seçimlərimizi edirik.

– “Günce” filminin qala gecəsi üçün Bakıya gəldiyiniz zaman böyük izdiham yaşanmışdı. Azərbaycandan hər hansı iş təklifi olsa, qəbul edərsiniz?

– Yaxın zamanda Azərbaycana getmək planım yoxdur. Amma gəlməyi çox istəyirəm. Hər hansı iş təklifi olsa, sevərək rol alaram.