Dünya

Məşhur müğənni və qızı restorandan qovuldu

Müğənni Emel Müftüoğlu qızı Çağrı Müftüoğlu ilə birgə restoranlardan birinə gedib.

Dergi.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi ilə qızı məkandan qovulub. Buna səbəb isə ikilinin kafeyə itlərini də aparması olub.

Belə ki, digər müştərilər restoranda it olduğu üçün narahat olduqlarını bildiriblər. Şikayətlərdən sonra ifaçı və qızı restorandan çıxarılıb.

Baş verənlərdən sonra əsəbini cilovlaya bilməyən Çağrı taksiyə minərək oradan uzaqlaşıb.