Məşhur müğənni Zümrüdü sevirmiş: “Hər gecə danışırdıq”

Aktrisa Zümrüd Qasımova müğənni Murad Sadıqla bağlı gözlənilməz etiraf edib. 

Dergi.az-ın məlumatına görə, aktrisa “Öz evimizdir” proqramında bildirib ki, ifaçı ona aşiq olub:

“Gecə verilişim var idi, hər gecə proqramdan əvvəl və sonra zəng edirdi danışırdıq. Sonra nömrələrimizi dəyişmişdik. Hər gün danışırdıq. Mənə aşiq idi. Sonradan dostluğa çevrildi. Mənə görə nə qədər telefon sındırıb. Zənginə cavab vermirdim, vurub sındırırdı. Qısqanırdı məni”.

Murad isə Zümrüdün sözlərini təsdiqləyərək “10 dənə telefon sındırmışam. Ya mənə cavab vermirdi, ya da efirdən salam göndərmirdi. Mən də telefonu sındırırdım. Sonradan dostluğa çevrildi hislərim” deyib.