FOTOSESSİYA

Məşhurlarımız qırmızı xalıda necə geyindilər? – Fotolar

Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” şounun açılış mərasimi baş tutub. 

Dergi.az Axşam.az-a istinadən xəbər verir ki, xanım məşhurlarımız gecədə geyimləri ilə yarışa giriblər. Oyunda iştirak edənlərlə yanaşı, etməyənlər də şounun qırmızı xalısından keçiblər.

Oyunun iştirakçısı olan Mina Hüseyn sarı uzun paltar geyinib. Artıq çəkisi olan ifaçını libas bir az da kök göstərib.

Şouda yarışmaçılardan biri olacaq aktrisa Xəyalə Quliyeva Hindistanın milli geyimi ilə qırmızı xalıya çıxıb.

Səmra Rəhimli hər zamankından fərqli olaraq bu dəfə tamaşaçıları təəccübləndirib. Belə ki, tamaşaçıların həmişə açıq-saçıq geyimdə görməyə alışdığı ifaçı bir az qapalı paltar seçib. Amma Səmra yenə də sinəsi dekolteli qırmızı ispan geyimini xatırladan libas seçib.

Aktrisa Aydan Axundova isə uzun gümüşü paltar seçib. Onun saç düzümü də libasını tamamlayıb.

Dilarə Kazımova isə hər zaman olduğu kimi geyimi ilə səs-küy yaratmağı bacarıb. Bu dəfə o, transparan ətəklə qırmızı xalıda görünüb.

“Maşın”ın əvvəlki buraxılışlarında iştirakçı olan, bu dəfə isə qonaq qismində açılışa qatılan Oksana Rəsulova qapalı geyimi ilə görüntülənib. Ana olduqdan sonra artıq çəki alan Oksana yəqin ki, libası ilə onları gizlətməyə çalışıb. Amma rəqqasənin son günlər seçdiyi geyimlər heç də onun çəkisini gizlətmir, əksinə daha da kök göstərir.

Ötən şounun qalibi Roza Zərgərli qırmızı xalı üçün qara midi paltar seçib. Rozanın ayaqqabısı və geyindiyi corab onun görünüşünə uyğun olmayıb.

Açılışda ən çox diqqət çəkən qonaqlardan biri də Aysel Əlizadə olub. Yaşıl məxmər parçadan hazırlanan uzun paltar geyinən müğənni saç düzümü və aksesuar seçimi ilə də fərqlənib. Onun paltarı həm bədən quruluşuna, həm də qırmızı xalıya uyğun olub.

Qonaqlardan olan Məleykə Əsədova da gecədə rəngli paltar geyinib. Xalq artistinin mavi libası və aksesuarları bir-birini tamamlayıb. Tək uyğun olmayan isə qaşlı ağ ayaqqabı olub.

Xatun Əliyeva da qırmızı xalı üçün gümüşü paltar seçib. Bu günlərdə artıq çəkidən xilas olmaq üçün piylərini kəsdirən müğənni bir az arıq görünüb.

Rühəngiz Allahverdiyeva isə hər zamankı ənənəsinə sadiq qalaraq “barbi” tərzini seçib. Əməkdar artist yaşıl libas geyinib. Nazilə Səfərli isə gecəyə tünd rəngli biserli paltarla gəlib. Libası şairəni olduğundan da arıq göstərib.