Maqazin

“Maddi çətinliyim yoxdur” – ATV-dən gedən Elşən

“Əlavə biznesim olmasa da, maddi çətinlik yaşamıram. Ancaq növbəti mövsümdən efirə qayıtmağı düşünürəm. Çünki ata olandan sonra daha məsuliyyətli olmuşam, həyata baxışım dəyişib”.

Bu sözləri Axşam.az-a açıqlamasında “Fəlakət” obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov söyləyib. ATV-dəki fəaliyyətini dayandıran aktyor öncə “Bombaltı” filmindən bəhs edib və baxış sayının qənaətbəxş olduğunu bildirib:

“Filmimizə baxış yaxşıdır. Qala gecələri bir az ağır keçir. Oradakı adamlar işə peşəkar yanaşırlar deyə, bu, gülüşə də təsir edir. Ancaq kinoteatrda gedib, baxdım. İnsanlar biz qala gecəsində gülmədiyimiz yerlərə belə, gülürdülər. Xoş təəssüratlar var. Yəqin ki, bayramda ən çox baxılan filmlərdən biri olar”.

Orucov “Bozbash pictures” serialının bitmə səbəbindən də söz açıb:

“Biz düşündük ki, “Bozbash pictures”in filmini çəkiriksə, serialını dayandıraq. Həm tamaşaçı bizim üçün darıxsın, həm də uşaqların başqa işləri var idi. İstəmədik ki, onu “yola verək” və keyfiyyətimiz aşağı düşsün”.