“Maşın” yenidən başlayır – Tarix açıqlandı

“Maşın” realiti şousu yenidən start götürəcək.

Dərgi.az xəbər verir ki, “M Group Production” şirkətinin istehsalı olan layihə dekabrın 13-dən ATV kanalında yayımlanacaq.

Qeyd edək ki, xalq artisti Murad Dadaşovun aparıcılığı ilə davam edən şounun 16-cı mövsümü sosial mediada və TV reytinqlərində rekorda imza atmışdı.

Dərgi.az