Mehman Hüseynov tapıldı — Məhkəmədədir + YENİLƏNİB

Jurnalist, bloger Mehman Hüseynova polisin qanuni əmrinə tabe olmamaq ittihamı verilib.\r\n\r\nBu barədə vəkil Elçin Sadıqov məlumat verib.\r\n\r\nO bildirib  ki, blogerə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham verilib. Hazırda o, Nəsimi rayon Məhkəməsindədir.\r\n\r\n***\r\n\r\nBlogger Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.\r\n\r\nDergi.Az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.\r\n\r\nO bildirib ki, M.Hüseynov daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb: “Mehman hazırda məhkəmədədir”.\r\n\r\nVəkil bildirib ki, M.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsinə əsasən tutulub. İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov baxacaq.\r\n\r\nDergi.Az\r\n

Leave A Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.