Ölkə

Mehriban Əliyeva və Leyla Əliyeva ziyarətgahda – Fotolar

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakıda Pir Həsən ziyarətgahına gedib.

Dergi.az xəbər verir ki, birinci xanım sosial şəbəkədəki hesabında ziyarətgahdan şəkillər paylaşaraq Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb:

“İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm”.