Messi dirsək zərbəsi yedi, yerdə qaldı – FOTOLAR

“Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/4 finalında “Mançester Yunayted”lə matçda (1:0) xoşagəlməz hadisə ilə üzləşib.

Qol.az-ın məlumatına görə, matçın 29-cu dəqiqəsində top uğrunda mübarizə zamanı rəqib komandanın futbolçusu Smollinqin dirsəyi argentinalı hücumçunun üzünə dəyib. Bundan sonra yerə yıxılan Messinin burnu qanayıb. 31 yaşlı oyunçuya həkimlər yardım göstərib.  Meydanın kənarında tibbi müdaxilədən sonra Messi oyuna qayıdıb.

 Tibbi müayinədən keçən argentinalı oyunçunun burun sümüyündə çat olduğu aşkarlanıb. Onun bir neçə gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.