Maqazin

Miri Yusifdən əxlaq dərsi və ya yarıçılpaq Dilarənin rəqsi – Video

Əməkdar artist Miri Yusif “Uyma” mahnısına çəkdirdiyi klipi təqdim edib.

Dərgi.az xəbər verir ki, rejissor Vüqar İslamzadənin ekran həyatı verdiyi klipdə müğənni Dilarə Kazımova rol alıb. Miri Yusifin “Ad günü” klipində də kamera qarşısına keçən ifaçı rəqsləri və yarıçılpaq geyimi ilə diqqət çəkib.

“Hər dəfə şərhi siz verirsiniz, bu dəfə də şərh bizdən olsun. Şeytana uymayın. Dinləyicilərimə belə bir mənəvi mesajla müraciət edirəm ki, insan şirnikləndirici ötəri hisslərə uymamalı, bəzən təmkinli olmalıdır. Onda nə özünə əzab verər, nə də səni sevənlərə. Dilarə Kazımova da çox sağ olsun, ekran işində rol almağa razı oldu”-, deyə Miri Yusif klip haqqında danışıb.

Qeyd edək ki, Miri Yusif iyunun 7-8-9-da “SS-production”-un təşkilati dəstəyi ilə “Yaşıl teatr”ın səhnəsində konsert verəcək.