Müğənni səhnədə öpüşən cütlüyü ayıra bilmədi – Fotolar

Müğənni Cengiz Kurtoğlunun İstanbul konserti zamanı maraqlı anlar yaşanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, konsertin sonlarına doğru gənclərdən biri səhnədə sevdiyi qıza evlilik təklifi edib. Kurtoğlunun dəstəyi ilə evliliyə razılıq verən cütlük səhnədə öpüşməyə başlayıb. Bir anlıq nə edəcəyini bilməyən müğənni əllərini gənclərin önünə tutaraq “Dostlar, nə edirsiz?” deyib.

Onları ayıra bilməyən Cengiz tamaşaçıların gülüşünə səbəb olub.