Layihə

Murad Arifin Azəri qızı Günellə fərqli janrda dueti

İfaçı-aparıcı Murad Arif müğənni Günel Zeynalova ilə birgə duet yazdırıb.

Dergi.az xəbər verir ki, “Deep house” janrında olan ifa “Tufan” adlanır. Artıq sözügedən mahnıya klip çəkilməyə də başlayıb. Ekran işinin rejissoru Deleedir. Murad Günel ilə işbirliyindən söz açıb:

“Artıq çəkilişin 3-cü günüdür. Ağlınıza gəlməyən bir layihə olacaq. Təsəvvürünüzə gətirin ki, Tarkan ilə Sibel Can bir araya gəlir”.