Nazənin rəfiqəsini həm lağa qoydu, həm təriflədi – Fotolar

Bir neçə gündür sosial mediada toy müğənnisi kimi tanınan Afət Fərmanqızının İmadəddin Nəsiminin qəzəlini “6/8” ritm üzərində ifa etməsi tənqid olunur.

Axşam.az xəbər verir ki, Afətin yaxın rəfiqələrindən biri isə müğənni Nazənindir.

Maraqlısı isə odur ki, Nazənin rəfiqəsini tənqid edənlərin sırasına qoşulub. Belə ki, ifaçı Fərmanqızını sosial mediada həm lağa qoyur, həm də onu tərifləyib.

Digər diqqətçəkən məqam isə Nazəninin rəfiqəsini onun görə biləcəyi yerlərdə tərif etməsi, görməyəcəyi yerlərdə isə lağa qoymasıdır.