Dünya

Necati Şaşmaz 7 illik həyat yoldaşından boşanır

“Kurtlar vadisi” serialının Polat Elemdarı kimi məşhurlaşan aktyor Necati Şaşmaz boşanır.

Dergi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor ilə  7 illik həyat yoldaşı Nagehan Şaşmaz ailə həyatına son qoyur. Bu haqda Şaşmazın vəkili məlumat yayıb. O bildirib ki, dəfələrlə boşanmaq istəyən cütlük  evliliklərndəki problemləri həll edə bilməyib və ayrılmağa qərar verib.

Qeyd edək ki, 2012-ci ildə ailə qurub. Onların bir övladı var.  Bir müddət öncə şaşmazın həyat yoldaşına gənc qızla xəyanət etdiyi haqda xəbərlər yayılmışdı.