Neslihan qonaqpərvərliyə görə Bakıya təşəkkür etdi

Türkiyənin məşhur aktrisası Neslihan Atagül azərbaycanlılara təşəkkürünü bildirib. Dergi.az xəbər verir ki, ötən həftə Bakıda qonaq olan serial və kino ulduzu instaqram səhifəsində foto paylaşıb. 

O, daha sonra yeddi milyon izləyicisi olan rəsmi hesabının “hekayə” bölməsində şəkil yerləşdirərək hər kəsə minnətdarlığını qeyd edib: “Qonaqpərvərliyiniz üçün təşəkkür edirəm, Bakı”.

Xatırladaq ki, Neslihan şənbə günü “Altın Kelebek”lə bağlı Bakıda olub, yerli media nümayəndələri ilə görüşüb.