Nüşabə ilə Afət tədbirdə dalaşdı – “Kimsiniz ki, bunu deyirsiz?” (VİDEO)

Ötən gün əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmaqızı arasında gərgin anlar yaşanıb. 

Dərgi.az xəbər verir ki, xanımların arasında olan bu söhbətə səbəb isə Afətin Nəsiminin “Sığmazam” qəzəlinə mahnı oxuması olub. Ələsgərli iradını bildirmək istəsə də, qarşı tərəf buna bərk qəzəblənib:

“Mən niyə dəyişim? Siz kimsiz ki, mənə bunu deyirsiz?! Hamı mənə paxıllıq edir. Xalqın mənə iradı yoxdur. Girin, İnstaqram səhifəmə baxın. Gün ərzində iki min “follow” gəlir. Mən Nüşabə xanımı da keçmişəm. Xalq budur. Onda mən də deyirəm ki, qara paltar geyinməyin, xoşum gəlmir. Sizin də iradınız buna bənzəyir. Ayıbdır. Gedin işinizlə məşğul olun. Mənə qarşı əksəriyyət aqressivdir. Elnarə Abdullayeva məni dəstəkləyir, ondan başqa heç bir sənətçinin sözünə önəm vermirəm”.

N. Ələsgərli isə: “Kim necə oxuyur oxusun, istəyir dombalaq aşsın, nəyimə lazımır? Mən heç kimi artıq düşünmürəm, Dəyişməsin, belə də qalsın”- deyib.