O da “Maşın” şouda yarışacaq

Mayın 28-də başlayacaq “Maşın” şounun növbəti iştirakçısı məlum olub.

Musavat.com –a daxil olan məlumata görə, “Qurd” ləqəbi ilə tanınan Fərid  Eminov 18 iştirakçıdan biri olacaq.

Bir müddət öncə isə, minval.info saytı yarışmada meyxanaçı Pərviz Bülbülə, onun duet ortağı Türkan Vəlizadə və müğənni Damlanın avtomobil üçün mübarizə aparacağı haqqında məlumat yayıb. Bundan əlavə Şəbnəm Tovuzlunun da yarışmaçılar arasında olması gözlənilir.

Qeyd edək ki, əməkdar artist, tanınmış şoumen Murad Dadaşovun “Maşın” realiti şousu 2005-ci ildən efirdədir. Sonuncu şou ötən ilin oktyabrında keçirilib və müğənni Talıb Tale “Nissan Altima” avtomobilinə sahib olub.

Dərgi.az

 

 

 

 

Bir cavab yazın