“O səs qayınanalar” çəkilsin” – Acundan təklif

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Murad Boz və “TV8″in sahibi Acun Ilıcalı birlikdə görüntülənib.

Dergi.az  Axşam.az-a  istinadən xəbər verir ki, jurnalistləri görən ikili sualları cavablandırıb.

Zuhal Topalın aparıcılıq edəcəyi verilişlə TV8-də yayımlanan “Yemekteyiz” proqramının eyni formatda olması ilə bağlı Acun bu sözləri deyib:

“Bu mövzu ilə bağlı danışmaq istəmirəm. Mənim Zuhalla problemim yoxdur. Layihənin bu dərəcə oxşarını hazırlamaq olmaz. Məncə “O səs qayınanalar” adlı proqram hazırlasınlar”.