Ölkənin cins şalvar və dəri pencəkli müsəlman prezidenti… – Fotolar

Mərkəzi Amerikada yerləşən Salvador dövlətində keçirilən prezident seçkilərində Fələstin əsilli Nayib Bukele 54 faiz səslə qalib gəlib.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bununla o, ölkənin ilk Fələstin mənşəli dövlət başçısı olub.

Buna qədər paytaxt San-Salvadorun bələdiyyə rəhbəri işləyən Bukelenin ailəsi 20-ci yüzilin əvvəllərində Fələstinin Qüds şəhərindən Osmanlı imperatorluğuna məxsus vəsiqə ilə Mərkəzi Amerikaya köç edib. Onun atası Armando Bukele tanınmış müsəlman iş adamıdır.

Yeni prezident siyasətə 1999-cu ildə başlayıb.

38 yaşlı Bukelenin cins şalvar və dəri pencək kimi gündəlik geyimləriylə xalqın qarşısına çıxmağa üstünlük verməsi onu ölkənin digər prezidentlərindən fərqləndirib.