Oya Azərbaycan mahnılarından ibarət albom buraxdı

oyaergün

Türkiyədən bakıya köçüb, burada fəaliyyət göstərən opera və vokal ifaçısı Oya Ergünün Türkiyədə albomu satışa çıxarılıb.

Dərgi.az  xəbər verir ki, Oya Ergünün “Sevgilim” və “Ruhum” adlı iki albomu Türkiyədə “Spotify” onlayn platformasında satışa çıxarılıb. “Sevgilim” albomu qısa zamanda qardaş ölkədə dinləyicilərin diqqətini cəlb edərək geniş yayılmağa başlayıb. Albomda Azərbaycanın sevilən əsərləri yer alır.

Qeyd edək ki, alboma “Küçələrə su səpmişəm”, “Ayrılıq”, “Reyhan”, “Nazəndə sevgilim”, “Sənə də qalmaz”, “Aziz Suret”, “Girdim yarin bahçesine” və s. mahnılar daxildir.