Ölkə

Prezident Elina ilə bağlı tapşırıq verdi

Prezident İlham Əliyev Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı aparılan araşdırmalarla əlaqədar xüsusi tapşırıq verib.

Dergi.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, bu məsələ ölkə başçısının, xüsusilə də Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətindədir.

“Bu məsələ ilə bağlı  bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib ki, məsələ ciddi şəkildə araşdırılsın”, – deyə qurum rəhbəri qeyd edib.