Dünya

Putinin əkizləri dünyaya gəldi – Həmin xəbərlər niyə silinir?

Rusiya prezidenti Vladimir Putin yenidən şəxsi həyatı ilə gündəmdədir.

Dərgi.az xarici mediaya istinadən xəbər verir ki, prezidentin sevgilisi olduğu deyilən Alina Kabaevanın İsveçrədə özəl klinikalardan birində əkiz uşaq dünyaya gətirdiyi barədə xəbərlər yayılıb. Daha sonra isə bütün xəbərlər sildirilib.

Rusiya mediasında yayılan bu xəbərlərin silinməsinə səbəb isə Putinin şəxsi həyatı ilə bağlı xəbərlərin yayılmasının qarşısını almaq istəyidir.

Xəbərin yayılmasına səbəb Kabaevanın nişan barmağına üzük taxaraq xalqın arasına çıxmağı və oktyabr ayından bu yana isə görünməməsidir.

Qeyd edək ki, 2008-ci ildən bu yana özündən 30 yaş böyük Putin ilə sevgili olduğu deyilən Kabaevanın 4 il əvvəl də İsveçrədə qız uşağı dünyaya gətirdiyi deyilirdi. Putin 2013-cü ildə 30 il evli olduğu həyat yoldaşından boşanıb. Onun Kabaeva ilə sevgili olduğu iddia edilsə də, prezident iddiaları rədd edir.