Rəqsanənin əri ilə Zaur arasında dava olub

Aparıcı Zaur Kamal müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı ilə yaşadığı qalmaqaldan danışıb. 

“Dərgi.az”ın məlumatına görə,  aparıcı “5/5” verilişində deyib ki, proqramda etdiyi şou ifaçının ərini əsəbiləşdirib:

“Moskvaya toya getmişdim, 45-50 yaşlı kişi yaxınlaşdı. Dedi ki, Rəqsanənin həyat yoldaşıyam. Gətirib cibimə 500 dollar qoydu.

Sonra Rəqsanə və qızı verilişə gəldilər, şou etdik. Kişi əsəbiləşib. Mənə zəng etdi, söz-söhbət başladı, dalaşdı. Rəqsanə də ortada qaldı. Qorxaq deyiləm, başımı kəssələr də, sözümü deyəcəm”.