Rasim Balayev: “Elza Seyidcahana şair olmadığını deyən yoxdur”

Xalq artisti Rasim Balayev Əməkdar artist Elza Seyidcahanı sərt tənqid edib.

Dərgi.az xəbər verir ki, Xalq artisti CVN TV-də çıxışı zamanı zövqlərin korlandığını, televiziyalardakı özbaşınalığın artdığını qeyd edib.

“Elza Seyidcahan şeirlər oxuyur. Ona deyən yoxdur ki, get, işinlə məşğul ol. Sən şair deyilsən. Onu efirə buraxan televiziyanın sahibi, yiyəsi yoxdur? Desin ki, bu şeirlər efirlik deyil. Onda mən də çıxım efirə, ağzıma gələni danışım. Olmaz, bu, efirdir”, – deyə Rasim Balayev bildirib.