İdman

Ronaldonun Simeoneyə cavabı ağır oldu – FOTO, VİDEO

“Yuventus”un ulduz futbolçusu Kristiano Ronaldo “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin qalmaqala səbəb olan jestinə cavab verib.

“Minval.İnfo” xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında Madrid klubu ilə matçda (3:0) vurduğu üçüncü qoldan sonra argentinalı mütəxəssisin ilk matçda etdiyi hərəkəti təkrarlayıb.

Dieqo Simeone Turin təmsilçisi ilə ilk görüşdə rəqib komandanın qapısına vurulan ilk qol sevincini qeyri-etik şəkildə qeyd etmişdi. Bu hərəkətinə görə o, UEFA tərəfindən 20 min avro məbləğində cərimələnib.

Dieqo Simeone oyundan sonra Ronaldonun hərəkətinə münasibət bildirib: “Ronaldo dünyanın ən yaxşı oyunçusudu. Belə böyük matçlarda ön plana çıxmaq bacarığına sahibdi. “Metropolitano”da etdiyim hərəkəti görmüşdü, o da mənim kimi, xarakter nümayiş etdirməyə çalışdı”.

Ä°lgili resim

Ronaldo ilk matçda “Mən Çempionlar Liqasını beş dəfə qazanmışam, “Atletiko” isə sıfır dəfə. Oyun zamanı göstərdiyim işarə də bunu deyirdi. Hər kəs ikinci matçı gözləsin” demişdi. Beləcə Ronaldo həm sözünü tutdu, həm də 34 yaşında belə dünyanın ən yaxşısı olduğunu sübut etdi.