Röya tənqid etdi: “Gəlinləri elə bəzəyirlər ki…”

Əməkdar artist Röya Ayxan effektli foto paylaşanlara irad bildirib.

Dərgi.az xəbər verir ki, o, sosial şəbəkədə fotosunu paylaşaraq effektin simaları dəyişdiyini bildirib: “Fotolara diqqət yetirin. Biri effektli, digəri isə normal canlı şəkillərdir. Yəni demək istədiyim odur ki, effekt simanın şirinliyini aparır.  Sizə bir misal çəkim ki, güləsiz. Gəlinləri hərdən o qədər bəzəyirlər ki, bəy səhər duranda “İlahi, bu nə idi” deyir. Bəlkə də, gözəl qadın olmazsan. Amma xanımın şarmı və danışan gözləri ola bilər. Amma o gecə makiyaja görə bu gözəlliyi bəy görə bilməyib”.