FOTOSESSİYA

Röyadan səhnədə dekolteli şou – Fotolar

Əməkdar artistlər Röya Ayxan və Miri Yusif klubların birində konsert proqramı ilə çıxış ediblər.

Dərgi.az xəbər verir ki, konsertdən öncə media nümayəndələri ilə görüşən Röya onların suallarını cavablandırıb. “Yanımda olduğunuz üçün təşəkkür edirəm. Maşallah, elə bir dövrdə yaşayırıq ki, bura gəlməsəniz də hər bir hadisədən xəbəriniz olur – evdə nə yeyirik, nə içirik… Konsertdə şou olmayacaq. Çünki mən şou adamı deyiləm, satqın deyiləm” deyə, Röya bildirib.

Daha sonra səhnəyə çıxan ifaçı dekolteli qara geyimi ilə diqqət çəkib. Belə ki, qara şalvar və məxmər pencək geyinən sənətçi altdan heç nə geyinməyib. O, qara büstqalterdən istifadə edib. Bu geyimi səhnədə rəqs edərkən Röyaya çətin anlar yaşadıb.

O, səhnədə mahnılarınının remiks versiyasını təqdim edib. Röyanı müşayiət edən rəqqaslar gecəyə rəng qatıb. Daha sonra səhnəyə həmkarı Miri Yusifi dəvət edən ifaçı onunla birlikdə iki duet səsləndirib.

Daha sonra çıxışına tək davam edən Miri Yusifin səhnə geyimi də diqqətçəkən olub. Cins gödəkçəsinin arxasındakı böyük “M” hərfi səhnə işıqlarının fonunda gözə çarpıb. Konsert zamanı Miri Yusifi həyat yoldaşı Nərgiz tək qoymayıb. Onu səhnəarxasından izləyib.

Fotolar Kamran Ağayev

Dərgi.az