Rusiya səfirini öldürən şəxsi çəkən fotoqraf: “Özümü itirmişdim və qorxmuşdum”

Xəbər verildiyi kimi, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov türkiyəli polis Mövlud Mərd Altıntaş tərəfindən bu gün Müasir Sənətlər Mərkəzindəki sərgidə qətlə yetirilib. Rusiya səfirini öldürən şəxsi çəkən “Associated Press”in fotoqrafı Burhan Özbilici hadisənin təfərrüatlarını bölüşüb.\r\n\r\nÖzbilici hadisənin “Kalininqraddan Kamçatkaya qədər səyyahların gözü ilə” adlı sərgidə baş verdiyini deyib. O, məkan evinə yaxın olduğu üçün sərgiyə qatıldığını bildirib. Tədbirin standart olduğunu deyən Özbilicinin sözlərinə görə, qara kostyumda və qalstukda bir kişinin tapança çıxardığını görəndə bunun diqqət çəkmək üçün oyun olduğunu zənn edib: “Əslində isə bu, mənim, başqa insanların gözü qarşısında törədilən planlaşdırılmış soyuqqanlı sui-qəsd idi”.\r\n

\r\n\r\n\r\n

Qətlə yetirilən səfir

\r\n\r\n

\r\nFotoqraf onu da vurğulayıb ki, qatil səfirə atəş açan zaman zaldakılar dəhşət içində sürünüb gizlənməyə çalışırdılar. Qalereyada 8 dəfə atəş səsi eşidildiyini deyən Özbilici o an yaşadıqlarını dilə gətirib: “Mən özümü itirmişdim və qorxmuşdum. Ancaq divarın arxasında gizləndim və öz işimlə məşğul oldum – fotolar çəkdim. Baş verənləri dərk etmək üçün bir neçə saniyəm getdi. Yanımda bir insan öldü, gözümün önündə bir həyat itdi”.\r\n\r\nMənbə: “Qafqazinfo”\r\n\r\n“Özümü itirmişdim və qorxmuşdum” - Bu şəkli çəkən fotoqraf\r\n

\r\n\r\n\r\n

Qatil polis: Mövlud Mərd Altıntaş

\r\n

Mənbə: Fotoqraflar.com

\r\n\r\n

Leave A Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.